Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması çox doğru addımdır
Korrupsiyaya bulaşmış və siyasi rüşvətxorluğun alətinə çevrilmiş bəzi siyasətçilər, eləcə də, beynəlxalq institutlar həqiqətdən uzaq, reallıqları təhrif edən yanaşma sərgiləyirlər. Onların sırasında olan AŞPA Azərbaycana qarşı qərəzli və ikili standartların bariz nümunəsi olan addımları ilə diqqət çəkirdi. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması ilə bağlı qaldırılan təşəbbüs əlbəttə ki, qanunun aliliyi və insan haqqları ilə məşğul olduğunu iddia edən bir təşkilat üçün utancvericidir. Məhz bu xüsusda AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırdı.
Bu sözləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, yayılan bəyanat konkret və eləcə də, ciddi arqumentləşdirilmiş yanaşmanı özündə əks etdirir: “Həmçinin, bu, Azərbaycanın milli maraqlarını da ifadə edir. Çünki biz işğala məruz qalmış, 1 milyona yaxın məcburi köçkün və qaçqını olmuş, əraziləri ermənilər tərəfindən dağıdılmış, barbarlıq və vandalizmə məruz qalmış dövlətik. Azərbaycan tərəfi 2001-ci ildə bu təşkilata üzv olanda böyük ümidləri vardı ki, təşkilat pozulmuş insan haqqlarının bərpası istiqamətində faktiki addımlar atacaq. Təəssüflər olsun ki, bu təşkilat tərəfindən ötən illər ərzində yalnız növbətçi bəyənatlar səsləndirildi və heç bir əməli iş görülmədi. Azərbaycan dövləti öz gücü ilə təcavüzə, işğala və zorakılığa son qoyaraq ədaləti bərpa etdi."
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi vaxtilə işğal dövründə AŞPA-da vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası və işğal faktının aradan qaldırılması ilə bağlı çıxış edəndə bizim deputatlara bildirirdilər ki, bura münaqişələrin həlli üçün uyğun təşkilat deyil. Məsələnin maraqlı tərəfi isə odur ki, bu gün təşkilat ölkəmizə qarşı bir sıra çirkin kampaniyaların alətinə çevrilib və qərəzli proseslərin başında dayanır. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması çox doğru addımdır. Belə qənaətdəyəm ki, Azərbaycan öz prinsipal mövqeyini yenidən nümayiş etdirdi. Heç bir dövlət və beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq, aqressiya dilində və təfəkküründə çıxış edə bilməz. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir".
Sayalı Abasova, “İki sahil”
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır