25 yanvar 2024 12:39
297

Moldovanın daxili işlər naziri Azərbaycana gəlir

Moldova Respublikası daxili işlər naziri Dorin Reçanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, səfər 29-31 yanvar tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Moldova daxili işlər naziri Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.