Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini siyasi partiyaların 30 minə yaxın müşahidəçisi izləyəcək.
Müstəqil Media Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, müşahidəçilər MSK və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər.
Xəbərdə bildirilir ki, müşahidəçilərin namizədlikləri 19 siyasi partiyadan irəli sürülüb və bu proses hal-hazırda intensiv şəkildə davam edir.
Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır