Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan və Gürcüstan arasında daha sıx əlaqələr üçün körpü rolunu oynayacaq.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın elm və təhsil naziri Giorqi Amilaxvari Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti ilə görüşdə deyib.
“Son 30 ildə ölkələrimiz arasında əməkdaşlıq bütün səviyyələrdə inkişaf edib. Təhsil sahəsində əlaqələrin dərinləşməsi isə iki ölkənin xeyrinə olacaq. Bu istiqamətdə işləri davam etdirmək lazımdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, gürcü xalqı Azərbaycanın suverenliyini tam bərpa edə bilməsinə görə çox şaddır: “Ərazi bütövlüyünün pozulması məsələsində biz sizi çox yaxşı başa düşürük, çünki biz də bu problemlə üzləşmişik. Gürcüstan xalqı Azərbaycanın uğurlarına çox sevinir”.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır