Azərbaycanda mediasiyanın tətbiq dairəsi dəyişib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Dəyişiklikdən öncə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə yanaşı, kommersiya mübahisələri də mediasiyanın tətbiq dairəsinə daxil idi. Dəyişikliklə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır