Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.
"Biz hər zaman bütün region ölkələrinin və xalqlarının xeyrinə olacaq davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olmuşuq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxırıq. Ümid edirəm ki, ölkələr tezliklə sülh sazişi imzalayacaqlar. Bu razılaşma, şübhəsiz ki, regionda sülhü möhkəmləndirəcək”, - İrakli Qaribaşvili bildirib.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır