Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.
“İki sahil” xəbər verir ki, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb.
Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:
"Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.
Bundan başqa H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən “Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - yazıb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə qarşı haqsızlığa qəti və birmənalı mövqe göstəriblər. AŞPA-nın Azərbaycana qarşı qərarının qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud Çavuşoğlu yazıb: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir.
Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”.
Fəxrəddin Altun isə sosial şəbəkə hesabında bildirib ki, Türkiyə dezinformasiya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edəcək. O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışır: “Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu, həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.
O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.
“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - Fəxrəddin Altun əlavə edib.
@fahrettinaltun
— Hikmet Hajiyev (@HikmetHajiyev) January 26, 2024
Dəyərli və əziz Qardaşım daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və @iletisim Başkanlığı olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz. https://t.co/iOA8DGzPZD
@MevlutCavusoglu dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə. https://t.co/HTbQSeOsBU
— Hikmet Hajiyev (@HikmetHajiyev) January 26, 2024
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır