27 yanvar 2024 08:28
340

Polad Bülbüloğlu: Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir

Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir.

“İki sahil” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, - diplomatik missiyanın rəhbəri qeyd edib.

Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.