Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib.
“İki sahil” xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir deyib ki, əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.
Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır