27 yanvar 2024 12:05
283

XİN: Fransa ilə münasibətlər ən aşağı nöqtədədir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.