27 yanvar 2024 12:30
291

İrəvan Bakıya itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığı aktivləşdirməyi təklif edir

Ermənistanın Əsir, girov və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı aktivləşdirməyi təklif edir.

“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

İdarələrarası komissiya bildirib ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazırdır.