27 yanvar 2024 16:49
334

Azərbaycan Niderland XİN rəhbərinin ölkəmizə səfərini təxirə salıb - RƏSMİ

Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə, qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlərlə əlaqədar yerli medianın sualına cavabında deyilir.

"Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib", - o qeyd edib.