02 mart 2018 00:52
1497

Planetin ən sürətli avtomobili “Hennessey Venom F5”

Mart ayında keçiriləcək sərgidə “Hennessey” şirkəti yeni “Venom F5” modelini təqdim edəcək.

Planetin ən sürətli superkarı 480 km/saat sürətlə hərəkət edə bilir.

“F5” ilk dəfə “SEMA” sərgisində təqdim edilib. Avtomobil 7.4 litr həcmli, iki turbinli V8 tipli mühərriklə təchiz edilib. Aqreqat 1.622 at gücü hasil edir.
Yeni hiperkarın kuzovu karbondan hazırlanıb. Nəticədə çəkisi cəmi 1.388 kq təşkil edib. Sürətlər qutusu 7 pilləlidir.

Yerindən 300 km/saat sürəti cəmi 9 saniyəyə əldə edir. 400 km/saat sürəti yığmaq üçün isə 30 saniyə vaxt kifayət edir. Cəmi 24 ədəd belə avtomobil istehsal ediləcək. Minimal qiyməti isə 1.6 milyon dollar olacaq.