29 yanvar 2024 10:33
291

Növbədənkənar prezident seçkiləri üzrə 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".
M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatdır.