Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınan növbəti köç karvanının qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Mərasim zamanı bu gün doğma yurda qayıdan daha 27 ailəyə (115 nəfər) açarlar təqdim edilib.
Bununla da Füzuli şəhərində 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib.
“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib