Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Qeyd olunub ki, seçkilərlə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.
Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.
Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim edilməlidirlər.
“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib