Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” korporasiyası Rusiyanın neft nəhəngi “Rosneft” şirkəti ilə əməkdaşlığını dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “ExxonMobil” məlumat yayıb. Bildirilir ki, şirkət ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar “Rosneft”lə neft-qaz axtarış və kəşfiyyatına dair əməkdaşlığını dayandırmaq barədə qərar qəbul edib.
Rusiyada neft axtarışı “ExxonMobil”in ən mühüm layihələrindən sayılır. “ExxonMobil” “Rosneft” ilə əməkdaşlığı dayandırılması nəticəsində 200 milyon dollar itirəcək.
Şirkətin ən böyük layihələrindən biri Rusiyanın Şimal Qütbü yaxınlığında yerləşən neft yataqlarının axtarışıdır. “ExxonMobil” 2013-cü ildə Rusiyada araşdırılmayan neft ehtiyatlarının kəşfi məqsədilə əməkdaşlığa başlamışdı.