Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Laçına yola salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib.
Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431 ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.
***
Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.
“İki sahil” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.
Bununla da Laçın şəhərinə köçən ailələrin sayı 431-ə (1627 nəfər) çatıb.