Bu gün Bakıda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə tədbirlər planı”nın imzalanması mərasimi olub.
“İki sahil” xəbər verir ki, imzalanma mərasimi Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.