“Güclü ordumuzun sayəsində ərazi bütövlüyümüz bərpa olunub, biz də Laçınımıza qovuşmuşuq. Laçın sakini olaraq doğma yurdumuzda da təşkil ediləcək seçkidə səs verəcəyim üçün qürurluyam”.
“İki sahil” Secki-2024.az saytına istinadla xəbər verir ki, bu fikirləri Laçın sakini Leyla Məmmədova deyib.
Səsverməyə yüksək əhvali-ruhiyyədə hazırlaşan Laçın sakini qeyd edib ki, seçki gününə hazırlıqla bağlı bildiriş kağızı alanda çox sevinib: “Laçınımız bizi gözəl qarşıladı. Yenidən bərpa olunan, hər bir şərait yaradılan evlərimiz, abad küçələrimiz, uşaqların təhsili üçün inşa edilən məktəb, göz oxşayan şəhərimiz bizim üçün yeni həyatın başlanğıcıdır. Laçında bir çox ilklər yaşadıq və həmin günlər unudulmayacaq tarixə çevrilib. Bir neçə gün öncə səsvermə ilə bağlı bildiriş kağızı alanda da qürur hissi keçirdim və sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu tarixi anları bizləri qalib ölkənin qalib vətəndaşına çevirən ordumuzun sayəsində yaşayırıq. Torpaqlarımızı düşmən əsarətindən azad edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.