Afrikanın ikinci ən böyük xam neft istehsalçısı olan Anqolanın sutkalıq neft hasilatı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin dövlət neft şirkəti “Sonangol” məlumat yayıb.
Bildirilir ki, Anqola 2017-ci ildə gündəlik orta hesabla 1,63 milyon barrel neft çıxarıb. 2016-cı ildə isə ölkənin sutkalıq neft hasilatı 1,72 milyon barrel təşkil edib.
“Sonangol”un rəhbəri Carlos Saturnino deyib ki, 2017-ci ildə şirkətin qazancı 224 milyon dollar olub. 2016-cı ildə isə “Sonangol”un mənfəəti 81 milyon dollar olub.
Anqola neftin qiymətinin ucuzlaşması fonunda maliyyə çətinliyi ilə mübarizə aparır. Anqola Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzvdür.