01 fevral 2024 11:06
301

Spiker: Avropada müəyyən qüvvələr Azərbaycanın qələbəsi ilə heç cür barışa bilmir

Azərbaycanın nümayəndə heytinin AŞPA-da fəaliyyətinin dayandırılması qərara alınıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu qərar ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib: “Azərbaycana qarşı qərəzin siyasi səbəbləri hamıya məlumdur. Avropada müəyyən qüvvələr 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi və suverenliyinin bərpası reallığı ilə heç cür barışa bilmirlər. Cənubi Qafqazda yeni reallıqlara ciddi zərbədir”.