Prezident seçkilərinə xarici medianın marağı böyükdür.
“İki sahil” Secki-2024.az saytına istinadla xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.