02 fevral 2024 10:13
322

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət sabah başa çatır

“İki sahil” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 4-dək olan dövrü əhatə edir.