Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
“İki sahil” bu barədə TASS-a istinadən xəbər verir.
"Senatorlar fevralın 5-dən 8-dək Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidəsində iştirak edəcəklər. Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin rəhbərlik edəcək”, - məlumatda qeyd edilib.
Bildirilib ki, parlamentarilər MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının xətti ilə Azərbaycana yola düşəcəklər.