28 fevral 2018 01:34
3097

“Lamborghini Edizione GT”

Almanlar “Lamborghini Edizione GT” modelinə “əl gəzdirdilər”

Almanların “DMC” tüninq atelyesei “Lamborghini Aventador LP988 Edizione GT” modelinə əl gəzdirib.

Cəmi üç nüsxə superkar yığılacaq.

Mühəndislər avtomobilin aerodinamikasını dəyişiblər. V12 tipli mühərrik daha da gücləndirilib. Superkar yeni disklərlə təchiz edilib. Yeni model “Las Americas” adlandırılıb.

İlk dəfə “DMC№ “LP988 Edizione GT” modelini 2013-cü ildə təqdim edib. Bu dəfə isə həm xarici, həm də mühərrik hissəsi tüninqə məruz qalıb. 6.5 litr həcmli V12 tipli mühərrik ikiqat turbo gücləndirici ilə təchiz edilib. Beləcə, aqreqatın at gücü artıq 988 at gücünə çatıb.

Tüninqin paket qiyməti 88 min dollardır.