02 fevral 2024 16:55
307

Strateji ehtiyatların nomenklaturaları təsdiqlənəcək

Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları təsdiqlənəcək.
“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.
Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.