26 fevral 2018 22:40
1333

Yanvarda Norveçdə neft məhsullarının satışı artıb

Yanvarda Norveçdə neft məhsullarının satışı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin Statistika İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, bu ilin yanvar ayında Norveçdə 660 milyon litr neft məhsulu satılıb. Neft məhsullarının satışı yanvar ayında 2017-ci ilin müvafiq ayı ilə müqayisədə 6,1 faiz artıb.

Satışlarda ən böyük payı dizel və avtomobil benzini təşkil edib. Ümumilikdə 260 milyon litr dizel və 83 milyon litr benzin satılıb.

2017-ci ilin yanvarında isə ölkədə 622 milyon litr neft məhsulu satılmışdı.