08 fevral 2024 12:43
236

Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib- Qırğızıstanın deputatı

"Tam məsuliyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda prezident seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib”.

“İki sahil” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Qırğızıstanın deputatı Tançtık Şaynazarov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

"MDB-də olan insanlar olaraq biz bir-birimizi daha yaxşı tanıyırıq. Dövlətin istinad yeri xalqıdır. Xalq seçirsə, xalq istəyirsə, beynəlxalq təşkilatlar buna heç nə edə bilməz. MDB PA olaraq bizim müşahidələrimiz xalqın rəyinə əsaslanır” - o qeyd edib.