"Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib".
“İki sahil” xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Şəxsən mənim üçün Azərbaycanda keçirilən tarixi seçkidə iştirak etmək böyük şərəf idi. Bizim missiyanın tərkibində ŞƏT-ə üzv dövlətlərin, qanunverici, icraedici orqanlarının nümayəndələri təmsil olunub", - o əlavə edib.
Baş katib Azərbaycan tərəfindən beynəlxalq müşahidəçilərin dəvət edilməsini seçkilərin şəffaflığının və demokratikliyinin göstəricisi adlandırıb:
"Bu seçkilər ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".
Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir