08 fevral 2024 16:42
241

Fransanın İrəvandakı səfiri Azərbaycan-Ermənistan sərhədyanı bölgədə olub

Fransanın İrəvandakı səfiri Olivye Dekotini Avropa İttifaqı müşahidə missiyası ilə birlikdə Azərbaycan-Ermənistan sərhədyanı bölgəyə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir “X” səhifəsində bildirib.

Məlumata görə, o, iki ölkə arasında hərbi təmas xəttinin 4 km-liyində, Basarkeçər rayonun Böyük Qaraqoyunlu kəndində olub.