Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi.
“İki sahil” xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetində dərc olunan məqalədə deyilir.
“Bütün azərbaycanlıların uzun müddət ərzində davam etmiş ağır problemini həll edən prezident bu gün xalqın hörmətinin zirvəsindədir. Bu, ona verilən səslərdə də özünü göstərib. Vladimir Putin İlham Əliyevi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Seçicilərin çoxusu vaxtından əvvəl səs verməyə gedib: səhər saat 08:00-da 6,3 min seçki məntəqəsi açıldı və Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qeyd etdiyi kimi, ölkə tarixində ilk dəfə olaraq bütün ərazisi üzrə seçki məntəqələri açıldı”, - məqalədə qeyd olunub.
“Brifinqdə açıqlanan məlumatlar xəbər lentlərində görünən kimi şəhər küçələrində ümummilli şənlik başladı. Bakıda avtomobil siqnallarının gurultusu bir neçə saat ərzində səngiməyib, onların üzərində dövlət bayraqları dalğalanıb. Meydanlar bir-birini təbrik edən vətəndaşlarla dolu idi. Bütün Azərbaycan üçün 7 fevral sadəcə qeyri-iş günü seçki günü deyil, əsl bayrama çevrildi”, - materialda vurğulanıb.
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir