08 fevral 2024 18:04
314

Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

Azərbaycanda Prezident seçkiləri tam şəkildə ölkənin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının rəhbəri Bəxtier Khudoerzoda Bakıda mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda Prezident seçkilərinin müşahidəsi prosesi ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərə hazırlığa çox məsuliyyətlə yanaşdığını göstərdi.