08 fevral 2024 18:18
298

Azərbaycanda Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

Azərbaycanda Prezident seçkiləri ölkə qanunvericiliyinə uyğun keçirilib.

“İki sahil” xəbər verir ki, bunu beynəlxalq müşahidəçi, İordaniya Nümayəndələr Palatasının Komitəsinin sədri Qazi Altunibat Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı mətbuat konfransında deyib.

"Biz 14 seçki məntəqəsində seçkiləri müşahidə edən zaman insanların fikirlərini diqqətlə öyrəndik, prosesin gedişini yaxından izlədik. Vəziyyəti dərindən təhlil etdik və seçki qanunvericiliyinin pozulması hallarına rast gəlmədik", - o vurğulayıb.