10 fevral 2024 11:18
315

Dağıstan Xalq Məclisinin sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sabiq sədri Xızrı Şıxsəidov Prezident İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, məktubda qeyd edilib:

“Möhtərəm İlham Heydər oğlu.

Müdrik xalqınızın Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçəcəyinə şübhə yox idi. Siz titanik səyləriniz və müdrik dövlət xadiminə məxsus şəxsi keyfiyyətləriniz sayəsində Ulu Öndər Heydər Əliyevin bütün vəsiyyətlərini həyata keçirməyi bacardınız. Hesab edirəm ki, digər ölkələrin liderlərinin Sizdən örnək götürmələrinə dəyər.

Sizi təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram.

Yaşasın Azərbaycan!”