11 fevral 2024 19:53
676

MSK prezident seçkilərinin nəticələri barədə protokolu Konstitusiya Məhkəməsinə təqdim edib - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

“İki sahil” xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Qeyd edək ki, MSK bu gün növbədənkənar prezident seçkilərinə yekun vurub. Seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

***

Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinə yekun vuracaq.

“İki sahil” xəbər verir ki, MSK-nın hazırda keçirilən iclasında prezident seçkilərinin nəticələri müzakirəyə çıxarılıb. Nəticələr Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.