Bu gün aparılan irimiqyaslı islahatlar, aqrar sektora verilən məqsədyönlü dövlət dəstəyi ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev 2017-ci il fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqində bildirib ki, bütün sahələrdə indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək:
“İqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektoru “3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaqdır. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar səviyyəsindədir. Bu, hələ ilin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcəkdir”.
İndiyədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 10 xarici ölkəyə-Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı Yarımillik Monitorinq və Qiymətləndirmə Hesabatından məlum olduğu kimi, təkcə ötən ilin birinci yarısında “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövcud qanunvericilik beynəlxalq ekspertlərin texniki yardımı ilə qiymətləndirilib, qanunvericilikdə dəyişikliklərə dair müvafiq tövsiyə və təkliflər hazırlanıb. Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb və ya çöl ölçmə işləri əsasən tamamlıb. Eyni zamanda, 7 rayonda torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra işlər görülüb.
Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliuipip təmin olupmasıpa dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Toxumçuluq haqqında Azərbaycan Respublikasının yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib müzakirəyə təqdim edilib.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə mühüm addımlar atılıb. “Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib. Ötən il ölkəmizdə bu sahədə 3 proqram, həmçinin 2018-ci ilin əvvəlindən isə daha 3 proqram qəbul olunub. Şübhəsiz, kənd təsərrüfatının ayrı-ayrı istiqmətlərinin inkişafı üzrə proqramların qəbul olunması bu sahələrdə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Zahid Rza, “İki sahil”