Xırdalan-Binəqədi şosesi ətrafındakı ərazilərə içməli suyun verilməsi məhdudlaşacaq
Fevralın 22-də gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafındakı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.