KÖŞƏ

Vəli İlyasov

15 fevral 2024 00:23
5025

Avrotəxribatçıların zurnaları niyə susub?

Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyir. Qurumun yaydığı bəyanatda qeyd olunur ki, bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir.

Bəyanatda, həmçinin bildirilir ki, əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs Cozep Borrelin, ABŞ Dövlət Departamentinin, konqresmenlerin, irqçi fransız siyasətçilərinin, Hollandiyanın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır?

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirdiyi "qisas əməliyyatı" zamanı məhv edilmiş erməni hərbçilərin adları mətbuatda açıqlanıb:

1. Arutyunyan Eduard Hamletoviç (1974);

2. Manukyan Qaqik Varazdatoviç (1982);

3. Ambartsumyan Arsen Qagikoviç (1979);

4. Oqanesyan Qraçya Talışeviç (1957).

Təvəllüd tarixlərindən görünür ki, bunlar çağırışçı yaşında deyillər. Kiçiyinin 34, ənkəsinin 67 yaşı var. Bunlar o vücudlardır ki, pula görə doğma qardaşlarının da başlarını kəsərlər. Məlum olur ki, təxribatçılar muzdlu başkəsənlərdir və Yerkrapa adlanan xüsusi bir qurumda birləşiblər. Yəni, lənətlənmiş Ermənistan o gündədir ki, öz ordusuna güvənməyərək muzdlu qatillər saxlamağa məcburdur. Nizami orduda muzdlu başkəsən hansı statusa malikdir?  Bəs müşahidəçi cənablar bu faktı niyə qabartmırlar? Zurnaları niyə susub? Vicdansızlığın, simasızlığın, namərdliyin də bir həddi olmalıdır, ya yox?

Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, yenə kiməsə vassallıq etməməli və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır. Ancaq ərazisinə gətirib bəslədiyi "at ilxısı, köpək sürüsü" bunun əksini deyir. Haylar adətlərinə xilaf çıxmayaraq həmişəki kimi qoltuq altında yaşamağa öyrəşiblər.

Əlbəttə, bütün bu çirkin işlər Makron Fransasının qan iyi gələn planlarından xəbər verir. Vallah, heç keçi çobanı da belə gicbəsər siyasət yeritməz. O, elə düşünür ki, adı hallanmırsa deməli, bu işlərin içində Fransanın barmağının olduğunu anlayan yoxdur. Amma yanılır, buna siyasət demək mümkünsə onu orta məktəb şagirdi belə başa düşür. Müşahidə missiyası deyilən sarsaqlar dəstəsinin kimin əmri ilə Ermənistana göndərildiyini anlamaq nə qədər çətindir ki? Özündənrazı və qəddar Emmanuel Makron bu qədər bəsit ağılla o boyda Fransanı necə idarə edir? Yəni 68 milyonun içərisində bir ağıllı adam tapılmırmı ki, ölkəsində qayda-qanun yaratsın? Varsa bu nə biabırçılıqdır? Öz ölkəsində üzünə tüpürürlər, şillə çəkirlər, üsyan qaldırırlar, xarici ölkələrdən qovurlar, yenə də “kəndinə” gələ bilmir. İndi gəlib “neçəsinə gedib boşanmış” Hayastanı tapıb və burada atını köndələn çapır. Ancaq dünyada heç bir ölkədə ağlı başında olanlar ayağısürüşkən haylara inanıb etibar etmirlər. Bilirlər ki, haylar yiyəsini yıxmış atlara oxşayırlar, onların ipinin üstünə odun yığmaq olmaz. Onlara yox yerdə dövlət quran, bütün təhlükələrdən qoruyan Sovet imperiyasının rəhbərləri olan Lenini, Stalini barmaqlarına dolayan və axırda da onlara xəyanət edən namərdlər yığnağıdır. İndi hesabını Emmanuel Makron özü çəksin, o,  Yer kürəsinin üçdə birinə hökm edən Vladimir Leninin, İosif Stalinin yanında o, kimdir axı?

Binokllu avrotəxribatçılar isə yaxşı olar ki, binoklu çevirib arxalarında baş verənlərə yaxşı baxsınlar. Nə görsələr orada görəcəklər, biz tərəfdə yalnız dirsəyimizi görərlər.

Vəli İlyasov, "İki sahil"