15 fevral 2024 19:53
377

Cəlilabad şəhər bələdiyyəsinə yeni sədr seçilib

Cəlilabad şəhər bələdiyyəsinə yeni sədr seçilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı bu gün bələdiyyə üzvlərinin iclası keçirilib.

İclasda üzvlər arasında sədr seçilməsi ilə bağlı səsvermə baş tutub. Səsvermədə ən çox səsi Özüxan Niftiyev qazanıb.