21 fevral 2018 01:32
1289

Çin yeni yarış hiperkarı istehsal etdi

Çinin "Techrules" şirkəti Cenevrədə yeni modelini təqdim edəcək.

Yarış hiperkarı "Ren" adlandırılıb. Avtomobil dizel mühərriklə çalışır.

Ötən il Çin şirkəti "Ren" hiperkarının adi versiyasını təqdim etmişdi. Bu dəfə isə yarış üçün nəzərdə tutulmuş "Ren RS" modeli ilə sərgiyə yollanır.

"Techrules Ren"in ən güclü versiyası 6 elektrik mühərriki ilə təchiz edilib. Onların dördü arxada, ikisi isə öndə quraşdırılıb. Aqreqatların ümumi gücü 1305 at gücüdür.
Sıfırdan 100 km/saat sürəti cəmi 2.5 saniyəyə əldə edir. Maksimal sürəti isə 330 km/saatdır. Yanacaq çəni 80 lir tutur. Batareya ilə isə 200 km məsafə qət edə bilər.