Hindistanda yaşayan qadının sevdiyi insan onun ağladığı zaman gözündən yaş əvəzinə qan gördükdən sonra onu cadügər adlandıraraq ondan ayrılıb.
Saxarsa şəhərində yaşayan qeyri -adi qadının adı Qitadır. Bu xanım bərk əsəbləşəndə və həyəcan keçirəndə gözlərindən qan axmağa başlayır.
Hazırda onun 21 yaşı var. O, müxtəlif həkimlərə müraciət etsə də, heç bir həkim onun dərdinə dərman tapmayıb. Qitanın qan təzyiqi normal, qanında laxtlanma da yaxşı vəziyyətdəir.
Bütün tarix boyu bu xəstəlikdən əziyyət çəkənlərin sayı cəmi 30 nəfər olub. Həyəcan zamanı və ya hansı bir narahatçılıq olduqda onların gözündən yaş əvəzinə qan axmağa başlayır.