Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması məlum olub.
Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Ölkəmizdə digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqların mövcud vəziyyətinə dair monitorinq hesabatı hazırlanıb
Bakı Metropoliteni tarixində bir ilk: “Metro Hackathon” layihəsinə qeydiyyat başlandı