16 fevral 2024 15:38
373

Türkiyə səfiri: Zəngəzur dəhlizinin açılmasının sülh gətirəcəyinə inanırıq

Türkiyə başda Cənubi Qafqaz olmaqla, Fələstin və Ukraynada sülhün əldə olunmasında daima maraqlıdır".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetində "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə çıxışı zamanı deyib.

"Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini izləyir və dəstəkləyir. Zəngəzur dəhlizinin açılmasının sülh və hüzur gətirəcəyinə inanırıq", - səfir əlavə edib.