Ermənistan bizim üçün təhdid deyil.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.
Onun sözlərinə görə, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar: "Qərbdə bizi əsassız yerə ittiham edirlər. Ermənistanı silahlandırırlar və s. Ermənistanın qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan təqdirdə, ilk növbədə, Konstitusiya məsələsi həll olunmalıdır. Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Biz özümüzü təcrid etməmişik. Amma Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar da var".
F.Şəfiyev onu da vurğulayıb ki, türk dövlətləri və Azərbaycan-Türkiyə tandemi geosiyasi bir seçimdir.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır