16 fevral 2024 15:56
513

BMTM-nin rəhbəri: Ermənistanın qanunlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var

Ermənistanın qanunlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var.

“İki sahil” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə söyləyib.

O bildirib ki, Ermənistanın xarici işlər naziri və digər rəsmiləri hələ də “Dağlıq Qarabağ” ifadəsi istifadə edir, ittihamlar səsləndirirlər.

Fərid Şəfiyev əlavə edib ki, Ermənistan Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb. Onlar bunu dayandırmalıdırlar.