Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının, sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub.
Gürcüstanın Baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır