İşləri yeyib-içmək məclislərində tost demək olan fəaliyyətsiz, uğursuz ATƏT-in Minsk Qrupunun bu "fəaliyyəti" kimə lazımdır?
Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Mühxendə qarşı tərəflərin xahişi ilə görüşlərin keçirilməsi Azərbaycan dövlət başçısının şəxsi nüfuzunun, dövlətimziin gücünün göstəricisidir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan Prezident ATƏT-in fəaliyyətdə olan sədr ilə görüşdə haqlı olaraq qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir.

Ümumiyyətlə, ATƏT-in uğursuz Minsk Qrupunun işi keçmiş, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsi həlli istiqamətində olmalı idi. Amma əslində bu məsələyə münaqişə demək də düzgün deyil, çünki fakt Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi. Bir sözlə 30 illik işğal dövründə ATƏT-in MQ bir addım irəliyə addım ata bilməmişdi. İndi isə Azərbaycan işğala son qoyub və problem kökündən həll olunub.
ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vaxtı çatıb
C. Hüseynzadə qeyd edib ki, bu baxımdan ATƏT-in uğyrsuz Minsk Qrupunun fəaliyyəti daha doğru ifadə etsək “fəaliyyətsiz qrupun” bu fəaliyyəti kimə lazımdır? Ümumiyyətlə həll olunmuş münaqişə üzrə hər hansı qrupun olması gülüncdür. Minsk Qrupunun fəaliyyəti boş və mənasız səfərlərdən, monitorinq adı altında o vaxtkı status-kvonun qorunub saxlamaqdan ibarət olub. Bu missiya həmin illər ərzində diplomatik turizmlə məşğul olub. Biz hamımız onların yeyib-içmək məclislərindəki görüntülərini yaxşı xatırlayırıq.
"Hesab edirəm ki, cənab Prezident Münxendə haqlı olaraq ATƏT-in büdcəsinin bu lazımsız fəaliyyətlərə dağıtmaqdansa, bu gün dünyada olan vacib problemlərin həllinə yönəldilməsinə təklif edir. Və artıq ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vaxtı çatıb.” – deyə QHT sədri vurğulayıb.
Yaqut Ağaşahqızı, “İki sahil”
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır