Azərbaycanın yeni dövrdə heç bir vasitəçiyə ehtiyacı yoxdur
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Dövlətimizin başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.

Bu görüşlə bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli “İki sahil”ə açıqlamasında qeyd edib ki, fevralın 7-də keçirilmiş prezident seçkilərindəki inamlı qələbədən sonra Prezident İlham Əliyev Azərbaycanın yeni dövrə qədəm qoyduğunu elan etdi. Milli Məclisdə keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz artıq yeni dövrə qədəm qoyduq. Bu dövr ölkəmizdə və regionda yaranmış yeni reallıqlara əsaslanır.”
QHT sədri daha sonra qeyd edib ki, təsadüfi deyil ki, görüş zamanı Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, o cümlədən də, ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi fəaliyyətsiz qalan strukturların artıq hüquqi çərçivədərəsmi qaydaların tətbiq edilməsi ilə ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT-in daha səmərəli fəaliyyətlərə fokuslanmasının önəmini qeyd etmişdir.
Keçmiş dövrün qalıqları olan bütün mexanizmlərin ləğv edilməsinin vacibliyini vurğulayaraq, Ramil İskəndərli qeyd edib ki, bir müddət öncə, o özü də daxil olmaqla bir neçə ekspert, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin ləğvini də təşəbbüs olaraq irəli sürmüşdür.
30 il ərzində fiaskoya uğradılar
Ümumiyyətlə, ATƏT-in və digər qurumların, dövlətlərin vasitəçilik cəhdləri barədə fikir bildirərkən, QHT sədri bildirib ki, Azərbaycanın qədəm qoyduğu yeni dövrdə heç bir vasitəçiyə ehtiyacı yoxdur. Prezident İlham Əliyev andiçmə mərasimi zamanı dünyaya net və açıq mesaj verərək qeyd edir ki, “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq”.
Ramil İskəndərli daha sonra qeyd edib ki, keçmiş Qarabağ məsələsində beynəlxalq vasitəçilik institutları əgər heç bir nəticə verməyibsə, demək ki, bu avtomatik olaraq beynəlxalq “turizmə” çevrilmişdir. ATƏT-in Minsk Qrupu və Qarabağla bağlı digər mexanizm və təşəbbüslər 30 il ərzində fiaskoya uğramişdir. Nəinki ATƏT, həmçinin digər institutlar, dövlətlərarası qurumlar, beynəlxalq qeyri-hökümət təşkilatlarının eitmad quruculuğu və sülhyaratma fəaliyyətləri də uğursuzluqla nəticələnmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 işğal dövründə bu qurumların əsas niyyəti əvvəlki vəziyyətlə Azərbaycan əhalisinin barışması istiqamətdə səy göstərmək olmuşdur. Lakin vətənpərvər gənclərimiz bununla heç bir zaman barışmamış və torpaqları işğaldan azad edərək, suverenliyimizi Azərbaycanın hər bir qarışında bərpa etmişdir.
Son olaraq Ramil İskəndərli qeyd edib ki, Azərbaycan yeni dövrdə, yeni reallıqların dünya ictimaiyyətinə qəbul etdirməsi istiqamətində addımlar atacaq və ATƏT-in Qarabağla bağlı mexanizmləri kimi köhnəlmiş alətlərin hüquqi çərçivədə ləğvi prosesinin qaçılmaz olduğunu sübut edəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır