20 fevral 2018 01:29
1411

"Mercedes-Benz" ilk elektrik krossoverini təqdim edəcək

"Mercedes-Benz" şirkəti elektriklə çalışan ilk krossoverini Cenevrədə təqdim edəcək.

"Ölkə.Az" xəbər verir ki, seriya istehsalı üçün nəzərdə tutulan "EQC" modeli bir dəfəyə 500 km məsafə qət edə bilir.
Şirkət eyni zamanda dizel-elektrik versiyanı da mart ayında keçiriləcək sərgidə təqdim edəcək. Yeni elektrik krossoveri isə bir neçə ay sınaqdan keçirilib. Yeni model ilin sonuna qədər satışa çıxarıla bilər. "Jaguar i-Pace" modeli "EQC" krossoverinin əsas bazar rəqibi olacaq.

"EQC" "Daimler" şirkəti tərəfindən inşa edilən "Modular Electric Architecture" platformasında yığılıb. Şirkət bu platformada gələcəkdə bir sıra elektrik avtomobilləri istehsal etməyi planlaşdırır.
Ehtimal edilir ki, batareya 500 km məsafə qət etməyə kifayətdir. İki elektrik mühərrikinin ümumi gücü 408 at gücüdür.